Çöl Reklamları

Çöl reklamları, uğurlu olmağı və istehlakçılar arasında tanınmağı istəyən hər bir şirkətin həyatının bir hissəsinə çevrilmişdir. Buna görə də çöl reklamları günümüzdə auditoriyaya daha geniş məlumat
çatdırmaq üçün ən populyar və büdcəyə qənaətli üsullardan biri sayılır. Çöl reklamı açıq məkanlarda quraşdırılır və bu onun diqqəti cəlb etmək şansını dahada artırır.Çöl reklamlarının bir çox növləri təqdim olunur- bunlar içıq qutuları (lightbox), qabarıq hərflər,reklam stendləri, plakatlar və s. Çöl reklamlarınını hazırlanmasının xüsusiyyətləri bir neçə mərhələdən ibarətdir və müştərinin bütün tələb və istəklərinin mütləq şəkildə nəzərə alındığı texniki tapşırığın hazırlanmasından başlayır.Növbəti mərhələ reklam daşıyıcısının və reklam konstruksiyalarının dizayn marketini yaradılmasıdır.Maket sifarişçi ilə razılaşdırıldıqdan sonra çöl reklamının bütün hissələrinin hazırlanması üçün istehsalata göndərilir.Son mərhələ konstruksiyanln montajı və çöl reklamının quraşdırılmasıdır. Aşağıda qeyd olunan materiallar olmadan çöl reklamının hazırlanması mümkün deyildir:
 Alüminium;
 Yüksək sıxlıqlı möhkəm plastik
 Vinil
 Banner parçası
 Şüşə və akril şüşə
 Işıq diodları, lüminessen lampalar və neon


Qabarıq hərflərin konstruksiyasına və istifadə olunan materiallara görə fərqlənən bir neçə növü var. Ümumiyyətlə, qabarıq hərflərdən hazırlanan məhsulları aşağıdakı kateqoriyalara bölmək olar:
• İşıqlı hərflər;
• Konturlu işıqlı hərflər;
• Tam işıqlı hərflər;
• Neon işıqlandırma ilə hərflər;
• Psevdohəcmli hərflər;
• İşıqlandırılmayan həcmli hərflər.
Hər bir qurğu növü haqqındakı məlumatı yuxarıdakı məlumat bloklarından əldə edə bilərsiniz. Həmçinin məsləhətçilərimiz sizə işiniz və ya digər ehtiyaclarınız üçün həcmli hərflərdən ən yaxşı lövhələrin seçimində kömək edəcək.
Laytbokslar
Son illərdə bəlkə də ən populyar çöl reklamı növü laytbokslardır. Siz bu səhifədə bu konstruksiyanın populyarlığının sirrinin nədə olduğunu, onun nədən ibarət olduğunu və necə işlədiyini, həmçinin ustalarımız tərəfindən hazırlanan laytboksların digər şirkətlərin məhsullarından daha yaxşı olmasının səbəbini öyrənəcəksiniz.
Laytboks nədir?
Bir çoxunun adından təxmin etdiyi kimi, laytboks – "işıq qutusu"dur. Bu elədir ki var, konstruksiyanın ideyası olduqca sadədir: qutudan, əksər hallarda işıq diodlarından hazırlanmış içlikdən və sonradan reklam məqsədilə istifadə ediləcək ön hissəni təşkil edən qapaqdan ibarətdir.
Laytboksların eyni tipdə ola biləcəyini düşünməyin. Şirkətimizdə konstruksiyasına və hazırlanmasında istifadə olunan materiallara görə fərqlənən ən azı yeddi növ laytboks mövcuddur.
• Standart laytboks (qənaət);
• Metal;
• Fiqurlu;
• Kompozisiya;
• Klik-laytboks;
• Ultranazik;
• Akrilayt.
Konstruksiyaların adlarından onların bir-birlərindən nə ilə fərqləndiyi, konstruksiyanın əsas üstünlüyü və nəyə daha çox əhəmiyyət verildiyi aydın olsa da, laytboksların hər biri ilə yuxarıda tanış ola bilərsiniz.

Bəs hədəfə vuran çöl reklamını necə sifariş etmək olar? Reklam kampaniyasına qoyulmuş vəsaitin təkrar-təkrar geri qaytarılmasına necə nail olmaq olar? Ən fantastik fikirlərinizi belə həyata keçirmək üçün ən yaxşı variantları təklif edəcək mütəxəssislərimizlə əlaqə saxlayın. Biz layihənin hazırlanması üçün xüsusiyyətlərin və tələblərin, zəmanət öhdəliklərinin və bütün detalların, hazırlanma vaxtı və qiymətinin
şərh olunduğu müqavilə əsasında işləyirik.