Qrafik dizayn hər hansı bir informasiyanı hədəflənən bir insan toplusuna çatdırmaq üçün mətbəə, fotoqrafiya və illustrasiyadan istifadə edərək loqo, afişa, bilbord, reklam filmi, kimi dizaynları bədii ölçülər daxilində yazılı və vizual elementlərlə dizayn edən visual ünsiyyət və yaranan problemlərin həlli prosesidir. Qrafik dizaynerlər vermək istədiyi mesajları və ideyalarını vizual yolla təqdim etmək üçün simvolları, şəkil və mətnləri kombinasiya edirlər. Bu cür dizaynlar həm real həyatımızda həm də rəqəmsal mühitdə gözoxşayıcı təsvirlər olub, fərqli dizaynlarla meydana çıxa bilirlər.Dizayn sözünü dedikdə insanların zehnində müxtəlif rənglər və ya hansısa element yaranır.Planlı və üzərində böyük diqqətlə işlənilmiş bu qrafik dizaynlar marketin sahəsində böyük rol oynayır.Bir-birindən öz yaradıcılıqları ilə seçilən dizaynlarımızla tanış ola bilərsiz.
© SmartExpo 2018 - 2022 Made with by Soft Center